Tibbi Turizm Məsləhət Xidmətləri

Sağlıq sektoruna marağınız varmı? Həkimsiniz? Klinikaya sahibsiniz? Fərq etməz, əsas məqsədinizin daha çox xəstə qazanmaq olduğunu bilirik. Bizim təcrübəmiz və dəstəyimizlə sizə bu sahədə irəliləmək və yeni müştərilərə çatmaq üçün effektiv həllər təqdim edirik. Hedefinizə çatmaq üçün doğru strategiyalarla sizə kömək edirik.

Necə etməli olduğunuzu və haradan başlamalı olduğunuzu bilirsinizmi?

Öz bölgənizdə kifayət qədər xəstə tapmadığınızda, hər bir klinika və ya həkim kimi, xaricdən xəstə qəbul etmək istəyərsiniz.

Bunun üçün bir neçə üsul mövcuddur:
1-ci üsul: Öz veb saytınızı qurub, bir neçə dilə tərcümə edib göstərdiyiniz xidmətləri təqdim etmək və sonra reklamlar və ya müntəzəm blog yazıları (hər dildə) vasitəsilə müştəri gözləmək.
2-ci üsul: Sosial media hesabı açıb, müasir məzmunlar paylaşaraq həm istifadəçiləri məlumatlandıracaq, həm də populyar tendensiyaları izləyərək izləyicilər/potensial xəstələr qazanmaq.
3-cü üsul: Bizim tibb turizmi məsləhətçiliyimiz və qurduğumuz sistemlər vasitəsilə dərhal başlaya bilər, yalnız marketinqə diqqət yetirə bilərsiniz.

Daimi olaraq xəstə qazanmaq üçün düzgün bir sistem lazımdır.
İstər bizim təqdim etdiyimiz üsullarla, istərsə də öz üsulunuzla dərhal başlayın.
13 illik təcrübə ilə sağlamlıq turizmini davam etdiririk.
Həm özümüz, həm də həkimlər/sağlamlıq qurumları üçün sistemlər qururuq.
+994 50 853 74 88

Tibbi Turizm Sahəsində Sağlamlıq Sektoru üzrə Xüsusi Mütəxəssislik

Medpoint Media & DEN olaraq, sağlamlıq sektoru üçün təsirli və fərdiləşdirilmiş tibbi turizm məsləhət xidmətləri təqdim edirik. 13 illik sağlamlıq turizmi təcrübəmizə güvənirik və sizin də bu sahəyə başlamağınız üçün lazım olan bütün arqumentlərə sahib olduğumuzu bildirmək istəyirik.

Sağlamlıq Strategiyaları

Sağlamlıq sektorundakı markanızın təsirini və gücünü artıraraq sektordakı rəqabətinizə qatqı təmin edirik və asanlıqla başlamanızı təmin edirik.

Turizm Strategiyaları

Tibbi turizmin iş prinsiplərini bilirik və hər yeniliyi yaxından izləyirik. Yeni strategiyalarımızı da bunun üzərində qururuq.

Məsləhət və Proses

Verdiyimiz məsləhətlərin nəticələrini analiz edirik, performansı qiymətləndiririk və lazım olan tədbirləri alaraq daha uğurlu nəticələr əldə etmənizi təmin edirik.

Böyümə İzləmə

Dönəmli olaraq markanızın böyümə sürətini izləyirik və müəyyən mərhələlərə çatdıqda daha fərqli texnikalarla geniş kütləyə müraciət etməyinizi təmin edirik.

Fərdiləşdirilmiş Xidmət
Sağlamlıq sahəsində təcrübəli və müvafiq komanda ilə sizə və müştəri kütlənizə uyğun fərdiləşdirilmiş xidmətlər təqdim edərək sektorda rəqabətə davam edə biləcək mövqeyə gəlməyinizə kömək edirik.
Aylıq və İllik Planlar
Ödəniş razılaşmalarınızı aylıq, 3 aylıq, 6 aylıq və ya 1 illik şəkildə planlaya bilərik. Əgər razı qalmazsanız, pulunuz geri qaytarılır!
Tam Avtomatlaşdırılmış Sistemlər
Bütün əməliyyatlar bir çatı altında idarə olunur, inteqrasiyalar təmin edilir. Yüksək bacarıqlı komanda və avadanlıqlarla birləşdirilir.
Bizim Yanaşmamızla

Risk limitlərinizi azaldaraq, hədəf kütlənizin istəklərinə fokuslanırıq.

Sağlıq sahəsində potensial varmı? Bəli, var. Lakin nə edəcəyinizi və necə edəcəyinizi bilmirsinizsə, əlinizdəki yatırımı tam olaraq boş xəyallarla sərf etmiş olarsınız. Və nəticədə başladığınız nöqtəyə belə geri qayıda bilməzsiniz, çünki artıq heç bir investisiya edəcək pulunuz qalmamışdır.

“Medpoint Media” olaraq sizə təqdim etdiyimiz Tibb Turizmi Məsləhət xidmətlərimizdən faydalanmaq üçün bizimlə əlaqə saxlayın.

Strateji və Planlama
Əvvəlcə mövcud sayfanız (əgər varsa) araşdırılır (əgər yoxsa, yeni bir sistemin qurulması üçün planlama edilir), lazım olan tədbirlər müəyyənləşdirilir, qeydlər alınır, müzakirə edilir, həkimə/sağlamlıq müəssisəsinə/müştəriyə məsləhətlər verilir. Əgər öz istəkləri varsa, onlar da nəzərə alınır. Dövri hədəflər qurulur. Hər bir addım üçün planlaşdırılacaq işlər hesabat şəklində təqdim edilir.
Turizm Məsləhəti
Həkiminin/sağlamlıq müəssisəsinin tibbi turizm üçün lazım olan tələbləri yerinə yetirməsi üçün bütün işlər görülür. Günün sonunda bütün altyapılar hazır olduqda artıq işə başlanılır.
Artım və İzləmə
Hər bir müəssisə sahibi və ya həkim üçün tibbi turizm fəaliyyətinin və xəstə trafikinin artması önəmlidir. Bu kontekstdə, bütün lazımi işləri görürük, vacib əməkdaşlıqlardan çəkinmirik və sizi istədiyiniz hədəfdən də ötrə daşımaq üçün əlimizdən gələnin ən yaxşısını edirik.
Necə işləyirik?

Tibbi Turizm Məsləhət Xidmətimizin İş Prosesi

Ən yaxşı tibbi turizm məsləhət xidmətini təqdim etmək asan deyil, buna görə də həmişə bütün rəqiblərimizdən öncə olmalıyıq.
Təbii ki, sizi də irəlilətməliyik.

Biz Sizə zəng edək

Amara Plaza Ahmad Rajabli,
Kat. 2 No: 205 Bakı, Azərbaycan
Zəng: +994 50 853 74 88
WhatsApp: +994 50 853 74 88

    Tez-tez Verilən Suallar

    Xidmətimizlə bağlı ağlınıza gələ biləcək sualları əvvəlcədən sizin üçün hazırladıq;
    bir göz atın.

    Tipik müştəriləriniz kimlərdir, kimlərlə çalışırsınız?
    Bugünə qədər bir çox müştəri ilə işlədik. Lakin ən çox vaxtımızı sağlamlıq sahəsində fəaliyyət göstərən həkimlər və sağlamlıq müəssisələrinə ayırdıq. Həm Türkiyədə, həm də Azərbaycanda öz sahəsinin mütəxəssisi olan komandalarımız var. Sağlamlığı və sağlam olmağı sevirik. Yəni insanımızı sevirik və dəyər veririk. Hər kəsin bizim verdiyimiz dəyəri görməsini ümid edərək işlərimizə sürətlə davam edirik.
    Məlumat almaq və xidmət haqqında suallar vermək ödənişlidirmi?

    Xeyr, sağlamlıq məsləhətliyi edərkən heç bir ödəniş tələb etmirik. Masaya oturub çayımızı içdikdən sonra razılaşma əldə etsək, birlikdə çalışacağımıza dair; işte o zaman ödəniş etməyə haqq qazanırsınız. Bundan sonra isə siz-biz fərqi qoymuruq; siz də bizdən birisiniz artıq.
    Niyə özünüzə bu qədər güvənirsiniz?
    Hımm, əvvəlcə özünüzü bizim yerimizə qoyun. Təsəvvür edin ki, bir beyin cərrahısınız və əməliyyatlarınız və xəstə sağalma nisbətiniz %100. Siz də ətrafda özünüzü tanıtdığınızda və insanlar sizi tərif edərək baxışlar və sözlərlə işarə edərkən özünüzə güvənməzsiniz? İndi anladınız, elə deyilmi?
    Komandanızın mənim və ya müəssisəmin fəaliyyət göstərdiyi sahədə yetkin olduğunu haradan biləcəyəm?
    Bilməzsiniz, əlbəttə. Bu səbəbdən keçmiş təcrübələrimizi sizə təqdim etdik, gələcək üçün hədəflər qoyduq. Həmçinin dedik ki, bəyənməsəniz, pulunuzu geri alırsınız! İşdə bizim qırmızı xəttimiz. Kim belə bir şey edər ki?
    Xidmətimizdən məmnun qalmasam, pul geri qaytarılırmı?
    Normalda heç bir firma bunu etməz, bilirsiniz. Amma biz onlardan fərqliyik. Qlobal xidmət göstərən firmalar kimi 14 gün deyil, tam olaraq 30 gün ərzində geri ödəmə haqqınızı qoruyuruq. İstədiyiniz zaman, keçərli bir səbəbiniz olduğu müddətcə, geri ödəmə haqqınız keçərlidir.
    Bəli, yetərincə təsirləndim, amma sizinlə necə işləməyə başlayacağımı bilmirəm?
    Eh, nəhayət. Bu qədər əziyyətdən sonra etibarınızı qazanmaq bizi şərəfləndirdi. Amma bizimlə əlaqə qurmaq üçün bu qədər çətinlik çəkməyinizə ehtiyac yoxdur. Dərhal əlaqə səhifəmizə keçin və formu doldurun, biz sizi təqvimimiz boşaldığı anda axtaracağıq. Və ya dərhal bizə çatmaq istəsəniz, əlaqə səhifəmizdəki telefon nömrələrimizdən və ya e-poçt ünvanlarımızdan bizimlə əlaqə saxlaya bilərsiniz. Vaxtınızı boşa sərf etməyəcəyik!
    x

    Bizimlə əlaqə saxlayın!

    Azerbaycan Ofisi: Amara Plaza Ahmad Rajabli, Kat. 2 No: 205 Bakı, Azərbaycan

    İstanbul Ofisi: Yavuztürk Mah., Ceyhan Sk.,
    No: 20, D:4, Üsküdar/İstanbul

    Trabzon Ofisi: Yaylacık Mah. Cumhuriyet Sk. No: 22/A
    Akçaabat/Trabzon, 61300

    Konsaltinqə: +994 50 853 74 88
    Əməkdaşlığa: +994 50 853 74 88

    Bazar ertəsi – Şənbə: 8.00 – 18.00
    Tətil: Bağlıdır